İçeriğe geçmek için "Enter"a basın

Rusiya Suriyanı barrel bombası ilə vurdu

11-01-2016

07:09 xeber – Rusiya orsuduna aid təyyarələr Suriyanın İdlib şəhərinin əl-Numan qəsəbəsində yerləşən bazar adlanan ərazisinə atdığı barrel bombası nəticəsində 70 nəfər ölüb, 133 nəfər yaralanıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Rusiya ordusuna aid 2 təyyarə İdlib şəhərində yerləşən bazar adlanan ərazini, yaşayış məntəqələrini və məhkəmə binasını 4 barrel bombası ilə vurub. Hücumdan sonra binaların dağıntıları altında qalanları çıxarmaq üçün bütün ölkə vətəndaşları səfərbər olublar.

Ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilir. Ərazidəki xəstəxanalara aparılan yaralılardan 9 nəfəri Reyhanlı xəstəxanasına yerləşdirilib. Digər xəstəxanalara aparılan yaralılardan 2 nəfəri dünyasını dəyişib, 2 nəfərin isə həyatı üçün təhlükə olduğundan reanimasiyaya yerləşdirilib.

Xəstəxanada ölən 2 nəfərlə bərabər ölənlərin sayının 70-ə çatdığı bildirilir. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Bu səbəbdən də ölənlərin və yaralananların sayının artacağı istisna olunmur.

mənbə :
anspress

Rusiya Suriyanı barrel bombası ile vurdu