08.01.2016 / 11:26 xeber –
Bakı-Qazax avtomagistralının 440-cı kilometrliyində Tovuz rayon ərazisində yol qəzası baş verib. Lent.az-ın Region TV-yə istinadən verdiyi məlumata görə, Türkiyə Respublikasına məxsus ağır tonnajlı "Mercedes" markalı yük avtomobili əkin sahəsinə aşıb. Hatay vilayətindən olan 24 yaşlı Bahri Şanverdi hadisə şahidlərinin köməyi ilə TIR-dan çıxarılıb. Qəza zamanı xəsarət alan olmasa da, yol infrastrukturuna ciddi ziyan dəyib. Hadisənin dəqiq səbəblərini Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xİdmətinin əməkdaşları araşdıracaq.
mənbə :
lent.az