İçeriğe geçmek için "Enter"a basın

Neft fondu Milanda 97 milyon avroya əmlak aldı

08-01-2016


08.01.2016 / 10:22 xeber –

 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 mln. avro təşkil edən "Palazzo Turati" ofis binasının satın alınmasına dair razılıq əldə edib.

 

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, "Palazzo Turati" ofis binası fondun İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır.

 

"Bu investisiya fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir", – deyə  məlumatda qeyd edilib.

 

"Palazzo Turati" Milanın tarixi mərkəzində yerləşən Piazza Cordusio və Piazza Affarinin tam yaxınlığında və Duomo kilsəsindən 500 m məsafədə Via Meragvili 7 ünvanında yerləşir. Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan Palazzo Turati yenicə əsaslı təmir olunub. "Palazzo Turati" ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülüb. Binanın satıcısı qismində "Texnoholdinq S.P.A." çıxış edir.

mənbə :
lent.az

Neft fondu Milanda 97 milyon avroya emlak aldı