İçeriğe geçmek için "Enter"a basın

Sabiq deputat həbs olundu

07-01-2016

deputat
“Beynəlxalq Bank işi”ndə adı hallanan sabiq deputat saxlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov keçən il mayın əvvəllərində axtarışa verilmişdi. Bu günlərdə isə D.Xəlilov saxlanılaraq barəsində təkrar həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “Bandotdel” bu ilin avqust ayında “Globus Plaza” axtarış aparıb və şirkətin kassalarını möhürləyərək bağlayıb.

Nərimanov Rayon Məhkəməsi mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Lakin D.Xəlilov hansısa yolla istintaq təcridxanasında deyil, öz işinin başında idi.
Azadliq.az

Sabiq deputat həbs olundu