15:35 xeber – ABŞ prezidenti Barak Obamadan Azərbaycan prezidenti İlham Əliyevə dəvət gəlib. Ağ ev rəhbəri azərbaycanlı həmkarını 2016-cı ildə Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edib.
Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov özünün “Tvitter” səhifəsində yazıb.
O bildirib ki, dəvət ötən il dekabr ayının 3-də göndərilib. Prezident Obama məktubunda belə yazıb:
“Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək nümayiş etdirir. Ümidvaram ki, Azərbaycan nüvə və radioloji töküntülərin qadağası üçün xüsusi səylərini davam etdirəcək”.
N.Məmmədovun sosial şəbəkədəki səhifəsi
mənbə :
anspress