14:30 xeber – Dağıstan prokurorluğu Azərbaycandan yarım milyon dollara yaxın pul çıxarmaq istəyən şəxs barədə məlumat yayıb. Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, K.Əliyev adlı şəxs 2015-ci ilin sentyabr ayında Azərbaycandan Rusiyaya qeyri-leqal yolla, yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edib.
Mətbuatda yer alan məlumata görə, o rusiyalı sərhədçilər tərəfindən yaxalanıb.
Məlumata görə, o maşının kuzovunda külli miqdarda dollarla yanaşı 4,5 milyon rubl (təqribən 96 min manat) da gizlədib.
K.Əliyevin maşınından çıxan pullar
K.Əliyev Dağıstanla Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar sərhəd-keçid məntəqəsində saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.
Yeni il ərəfəsində isə ona qarşı irəli sürülən ittiham təsdiqlənib.
Saxlanılan şəxs Dağıstan sakinidir. Onun cinayət işi Maqaramkent rayon məhkəməsinə göndərilib.
mənbə :
anspress