13:51 xeber – Türkiyənin ən yaraşıqlı iki siması Azərbaycana gələcək. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, söshbət müğənni Murad Boz və aktyor Burak Özcivitdən gedir.
Onlar yeni çəkildikləri filmin Bakıda keçiriləcək təqdimatına qatılacaqlar. Bu barədə məlumatı Murat Boz öz “İnstagram” səhifəsində paylaşıb. Filmin təqdimatı Azərbaycanda fevral ayının 10-na nəzərdə tutulub.
Onların birlikdə çəkildikləri film “Kardeşim benim” (Qardaşım mənim) adlanır.
Filmin posteri
Bu müğənni və aktyorun Bakıya ilk səfəri olmayacaq. Belə ki, Murat Boz 2014-cü ildə Bakıda olub. Dekabr ayında rol aldığı filmin – “Hadi İnşallah”ın təqdimatına qatılıb.
O, mart ayında isə azərbaycanlı pərəstişkarları qarşısında konsert proqramı ilə çıxış edib.
B.Özcivit isə ötən ilin yanvar ayında sevgilisi aktrisa Fahriye Evcenlə “Aşk sana benzer” (“Eşq sənə bənzər”) filminin qala gecəsinə qatılıb. Cütlük Bakıda böyük maraqla qarşılanıb.
Fahriye Evcen və Burak Özcivit Bakıda
mənbə :
anspress