
  06.01.2016 / 13:26 xeber – 
Türkiyənin tanınmış müğənnisi Murat Boz fevral ayında Azərbaycana gələcək. Lent.az-ın məlumatına görə, tanınmış müğənni bu barədə sosial şəbəkədə xəbər verib. O bildirib ki, rol aldığı "Qardaşım mənim" filminin qala-gecəsində iştirak emək üçün paytaxtımızda qonaq olacaq.
	Qeyd edək ki, sözügedən filmin təqdimat mərasimi fevralın 10-da Nizami Kino Mərkəzində təşkil ediləcək.
	 
 mənbə : 
lent.az
Saat necede