İçeriğe geçmek için "Enter"a basın

Bakıda intihar: 50 yaşlı kişi özünü öldürdü

06-01-2016


06.01.2016 / 11:35 xeber –

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, dünən saat 17 radələrində Xətai rayonunda qeydiyyatda olan 1966-cı il təvəllüdlü Salmanov Ələmdar Oruc oğlu özünü Pirallahı qəsəbəsində asaraq intihar edib. Pirallahıda yaşayan 50 yaşlı kişinin asılı vəziyyətdə qalmış meyiti Səməd Vurğun küçəsindəki fərdi evin həyətindəki talvardan tapılıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

mənbə :
lent.az

Bakıda intihar: 50 yaşlı kişi özünü öldürdü