İçeriğe geçmek için "Enter"a basın

Ukrayna Rusiyadan belə əvəz çıxdı

06-01-2016

11:25 xeber – Rəsmi Kiyev yanvarın 15-də Ukrayna – Çin marşrutu üzrə ilk konteyner qatarını reysə buraxacaq.

Azadlıq.az xəbər verir ki, anspress-in “zik.ua” saytına istinadla verilən məlumata görə, pilot reysi yükləri Gürcüstan , Azərbaycan , Qazaxıstan vasitəsi ilə Çinə çatdıracaq. Bu barədə Ukraynanın İnfrastruktur nazirinin müavini Vladimir Omelyanov “Facebook” səhifəsində məlumat verib.

“15 yanvarda Odessa vilayətinin İliçevsk limanından pilot qatar reysi hərəkətə keçəcək. Bununla da bizim məhsullar Rusiyadan kənar yollarla Asiya bazarlarına çatdırılacaq. Bu layihənin çox böyük tarixi əhəmiyyəti var”,-deyə Omelyanov bildirib.

mənbə :
anspress

Ukrayna Rusiyadan bele evez çıxdı