İçeriğe geçmek için "Enter"a basın

5 nömrəli avtobusun hərəkət istiqaməti dəyişdi

06-01-2016


06.01.2016 / 11:14 xeber –

5 nömrəli avtobusun marşrut xəttində dəyişiklik edilib. Lent.az-ın məlumatına görə, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

 

Belə ki, Neftçilər prospektinin Zərifə Əliyeva prospekti ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar “JW Marriott Abşeron” otelinin arxa küçəsi ilə hərəkət edir.

mənbə :
lent.az

5 nömreli avtobusun hereket istiqameti deyişdi