İçeriğe geçmek için "Enter"a basın

Sinayda 32 terrorçunu öldürüldü

06-01-2016


06.01.2016 / 02:26 xeber –

Misir ordusu Sinay yarımadasının şimalında dörd gündür davam edən xüsusi əməliyyat zamanı İŞİD-in yerli qolu olan “Vilayət Sina” qruplaşmasının 32 silahlısını məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misir ordusunun rəsmi nümayəndəsi Məhəmməd Samir bildirib.

 

Onun sözlərinə görə, irimiqyaslı antiterror əməliyyatına döyüş helikopterləri, təyyarələr və quru qoşunların hissələri  cəlb olunub.  Ümumilikdə, dörd gün ərzində 100-dən çox terrorçunun məhv edildiyi bildirilir. 

mənbə :
lent.az

Sinayda 32 terrorçunu öldürüldü