İçeriğe geçmek için "Enter"a basın

İran-Səudiyyə münasibətləri müzakirə olunacaq

06-01-2016


06.01.2016 / 00:35 xeber –

İraq və Omanın XİN rəhbərləri İbrahim əl Cəfəri və Yusif bin Ələvi yanvarın 6-da İran-Səudiyyə Ərəbistanı münasibətləri daxil olmaqla,  bölgədəki vəziyyəti müzakirə etmək üçün Tehrana səfər edəcəklər. APA-nın məlumatına görə, bu barədə “Sputnik” agentliyinə İran XİN-dən bildirilib.

 

Məlumata görə, diplomatlar prezident Həsən Ruhani və XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşlər keçirmək niyyətindədirlər.  

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub. 

mənbə :
lent.az

İran-Seudiyye münasibetleri müzakire olunacaq