İçeriğe geçmek için "Enter"a basın

Qarət olunan məşhur türk müğənnisinin pul qabından manat çıxdı (VİDEO, FOTO)

05-01-2016

23:33 xeber – Türkiyənin məşhur müğənnisi Alişan qarət olunub. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ifaçının Çağla Şikelin doğum günü partisində iştirak edən zamanı pul kisəsi oğurlanıb.

Müğənni evə gəldikdən sonra xəbəri olub ki, pul kisəsi oğurlanıb. Belə ki, pul kisəsində onun sənədləri, kredit kartları 400 dollar, 50 AZN və 20 funt-sterlinq pulu olub.

Polis məntəqəsinə xəbər verib qəzetdə elan vermək istəyən müğənninin pul kisəsi tapılıb. Naməlum bir şəxs Alişanın evinə gələrək pul qabını ona verib.

Pulları oğurlanan, amma sənədləri və kartları yerində olan Alişan “Pulu oğurlayana halal olsun. Heç olmasa sənədlərimi və kartlarımı xilas edə bildik” deyib.

Alişan – “İhtiyacı Var”

Türkiyənin məşhur müğənnisi Alişan bir neçə dəfə Azərbaycanda olub. O, paytaxta bir neçə dəfə konsert verib.

İllər əvvəl Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi “Tepecikspor”la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. Yəni müqaviləni pul qarşılığında imzalayıb.


Alişan “Tepecikspor” klubunda

Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun “Tepecikspor”un formasını geyinməyib.

Alişanın 33 yaşında olmasına rəğmən hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə “Facebook”da “Alişan əsgərliyə getsin” adlı kampaniya da başlayıb.

mənbə :
anspress

Qaret olunan meşhur türk müğennisinin pul qabından manat çıxdı (VİDEO, FOTO)