İçeriğe geçmek için "Enter"a basın

Təhsil Nazirliyi: Ali məktəblərin təhsil haqqını ABŞ dolları ilə tələb etmə haqqı yoxdur

05-01-2016


05.01.2016 / 11:19 xeber –

 Ali təhsil müəssisəsinin təhsil haqqını ABŞ dolları və ya digər bir ölkənin pul vahidi ilə tələb etmə haqqı yoxdur. Təhsil Nazirliyinin mətbuat xidmətindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqı Azərbaycan manatı ilə ödənilir.

 

Qeyd olunub ki, bu, tələbə ilə ali təhsil müəssisəsi arasında bağlanmış müqavilədə də öz əksini tapıb.

 

Qeyd edək ki, bir müddət əvvəl bəzi kütləvi informasiya vasitələrində Bakı Qızlar Universitetində təhsil alan tələbələrdən manatın üzən məzənnəyə keçidindən sonra təhsil haqlarının dollarla ödənilməsi tələb olunduğu barədə məlumatlar dərc olunub. 

mənbə :
lent.az

Tehsil Nazirliyi: Ali mekteblerin tehsil haqqını ABŞ dolları ile teleb etme haqqı yoxdur