11:01 xeber – Dünən Sahil metrosunun çıxışında törədilən qətlin təfərrüatları bəlli olub.
Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 4-də saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub.
Tural Abbasov- Qətlə yetirilən 27 yaşlı gənc
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
mənbə :
anspress