İçeriğe geçmek için "Enter"a basın

Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi

03-01-2016


18.12.2008 / 18:47 xeber –

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul olunub.

APA-nın məlumatına görə, üzərində 20-dək alimin işlədiyi sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər ətrafında formalaşdırılan azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanı hazırlamaqdır. Xartiya azərbaycanlıların məskunlaşdıqları ölkələrdə əsas hüquq və azadlıqlarının yerli qanunvericilik və beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip və mexanizmlərini müəyyən edəcək.

Həmrəylik xartiyasında xarici ölkələrdəki Azərbaycan diasporunun ayrı-ayrı regionlar üzrə fəaliyyətinin əsas istiqamətləri də əksini tapıb. Sənədin üç fəslindən biri “Azərbaycan” və “azərbaycanlılar” anlayışının elmi-ideoloji əsasları, digəri azərbaycanlıların tarixi Vətən qarşısında borcu və hissdən irəli gələn vəzifələrlə bağlı müddəalar, sonuncu fəsil isə azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının qorunması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı ermənilərin törətdiyi terror və soyqırımı aktları, saxta “erməni soyqırımı” iddialarının ifşası ilə bağlı xarici ölkələrdə yaşayan soydaşlarımızın üzərinə düşən vəzifələr üzrə qruplaşdırılıb.

İclasın sonunda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası adından ölkə prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

mənbə :
lent.az

Dünya Azerbaycanlılarının Hemreylik Xartiyası qebul edildi