İçeriğe geçmek için "Enter"a basın

Bakı sakininin bahalı telefonunu alıb qaçdılar

03-01-2016


03.01.2016 / 17:22 xeber –

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.  Lent.az-ın məlumatına görə, Nizami rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Elşad Tofiq oğlu bildirib ki, Rəşid Behbudov küçəsi 12 ünvanının qarşısında (“KafeCity” restoranının yaxınlığı) tanışı Mirdamət adlı şəxs ondan İPHONE5 markalı telefonunu danışmaq üçün alıb. Həmin şəxs telefonla danışa-danışa ərazidən uzaqlaşıb və geri qayıtmayıb.

 

Müraciət əsasında araşdırma aparılır.

 

mənbə :
lent.az

Bakı sakininin bahalı telefonunu alıb qaçdılar