İçeriğe geçmek için "Enter"a basın

"Mançester Yunayted" futbolçusu üçün mövsüm bitdi

02-01-2016

23:30 xeber – İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Lyuk Şou üçün mövsüm erkən başa çatıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə “qırmızı-şeytanlar”ın baş məşqçisi Lui van Qal xəbər verib.

Lui van Qal Şounun bərpasının uzunmüddətli olacağını qeyd edib. Bu məqsədlə məşqçi heyətə təcrübəli müdafiəçinin alınacağını bildirib. Çempionlar Liqasında PSV-yə qarşı matçda ayağı qırılan oyunçunun iki-üç aya yaşıl meydanlara qayıdacağı gözlənilir. “Mançester Yunayted”in sol cinah müdafiəçisi azarkeşlərə zədəsinin reabilitasiyası haqqında xəbər verib. Şou sağ ayağının PSV ilə qrup mərhələsində məğlub olduğu oyunda, rəqibin müdafiəçisi Ektor Moreno ilə toqquşması nəticəsində iki tərəfli sınmasından sonra artıq gəzdiyini və bəzi terminləri yerinə yetirdiyini bildirib.


Lui van Qal və Şou

Lyuk bu haqda sosial şəbəkədəki hesabında bunları yazıb: “Bayram üçün Londondakı evimizə qayıdıram. Ayaqlarım qaydasındadır. Ümid edirəm ki, milad bayramını çox yaxşı qeyd edəcəm”.

Mövsümə yaxşı start verən 20 yaşlı ingilis futbolçu mövsümün sonu yenidən doğma klubuna qoşulacaq.

mənbə :
anspress

“Mançester Yunayted” futbolçusu üçün mövsüm bitdi