İçeriğe geçmek için "Enter"a basın

Bayramda kredit problemi

02-01-2016

20:56 xeber – Bayram günlərində bank kreditə görə gecikmə yaza bilməz.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bayram günlərində paytaxtda bir neçə bank şöbəsinin açıq olmasına baxmayaraq burda heç də bütün əməliyyatların aparılması mümkün deyil. Çünki əsas əməliyyatlar Mərkəzi Bank və digər qurumlarla əlaqəni tələb edir.

Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev bildirib ki, bayram günləri ödəniş sistemləri işləmədiyi üçün bankdan kənar əməliyyatlar aparmaq mümkün deyil.

Kredit ödənişinin vaxtı rəsmi istirahət günlərinə düşən vətəndaşlara gəlincə, bu məsələdə qanunlar onların tərəfindədir. Yəni qanunla bank bayram günlərini sizə gecikmə kimi yaza bilməz. Sizin ödəniş tarixiniz 31 dekabr 4 yanvar günlərinə düşürsə, borcunuzu yanvarın 5-i ödəyə bilərsiz. Hətta bəzi banklar müştərilərinin tətildə ola bilməsi ehtimalını nəzərə alaraq ayın 5-dən sonra da onlara vaxt verib.

mənbə :
anspress

Bayramda kredit problemi