İçeriğe geçmek için "Enter"a basın

"Tankçı": Messini dayandıracam - FOTO

02-01-2016

23:58 xeber – “Arsenal” klubunun qapıçısı Petr Çex “Barselona” klubunun hücumçusu Lionel Messiyə söz atıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, qapıçı Messidən qol buraxmadığı üçün çox sevincli olduğunu deyib.

“Bu əla bir hissdir. Çox az qapıçı deyə bilər ki, Messiyə qarşı oynamışam lakin qol buraxmamışam. Mən Messi ilə 8 dəfə qarşılaşmışam lakin mənə heç vaxt qol vura bilməyib. Çox istiyərdim ki, yenidən onu dayandırım. Əgər Messi qol vursa və növbəti mərhələyə “Arsenal” çıxsa, mən yenə də məyus olmayacam. Özümüzə inanmalıyıq. Bizim növbəti tura çıxmaq şanslarımız var”.


Lionel Messi “Arsenal” ilə oyun zamanı

“Arsenal” Çempionlar liqasının 1/8 final mərhələsində “Barselona” ilə üz-üzə gələcək. İlk oyun 23 fevralda “Arsenal”ın meydanında olacaq. Cavab oyun isə 16 martda “Nou Kamp”da keçiriləcək.

“Topçular” İngiltərə çempionatında 19-cu turdan sonra 39 xalla ilk pillədədir.


İngiltərə çempionatının turnir cədvəli

mənbə :
anspress

“Tankçı”: Messini dayandıracam – FOTO