İçeriğe geçmek için "Enter"a basın

Terror qorxusu altında Yeni il

01-01-2016

20:54 xeber – Almaniya höküməti Münhendə hüquq mühafizə orqanlarının Yeni İl bayramı ərəfəsində terror təhlükəsilə bağlı iki dəmiryolu stansiyasını bağlamaq qərarı müdafiə edib.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, alman rəsmilərinə görə potensial İŞİD-in hücumu ilə bağlı konkret xəbərdarlıq daxil olub. Münhen şəhərində hazırda da gücləndirilmiş təhlükəsizlik tədbirləri davam etdrilir.

Yenidən açılan dəmiryolu stansiyalarında yoxlamalar aparılır, polis intihar partlayışı törətməyi planlaşdırdığı deyilən 5-7 şübhəlini axtarır.

Rəsmi mənbələr həmin şübhəlilərin şəxsiyyəti və milliyətləri barədə məlumat verməsə də, Bavariya radiosu onların Almaniyada yaşayan İraq ərəbləri olduğunu xəbər verir.

Yerli polis idarəsinin rəsmisi Elizabet Matzinqer bildirib ki, Fransa xüsusi xidmət orqanlarından daxil olan məlumata əsasən, dünən terrorçular Münhenin dəmiryolu stansiyalarından birində Yeni il atəşfəşanlığı vaxtı, yəni gecə saat 12 radələrində intihar partlayışı törətməyi planlaşdırıb.

mənbə :
anspress

Terror qorxusu altında Yeni il