İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanlı müğənni nəvəsinin fotosunu yaydı

01-01-2016

20:24 xeber – Əməkdar artist Mətanət İsgəndərli sosial şəbəkədə nəvəsinin yeni fotosunu paylaşıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, sənətçi şəxsi “Facebook” səhifəsində kiçik nəvəsi ilə qızının çəkdirdiyi fotolarını paylaşıb.

Mətanət xanımın qız nəvəsi onun adını daşıyır. Əməkdar artist şəkili “Balaca Mətanətim” adı ilə paylaşıb.

Qeyd edək ki, İsgəndərli “Facebook”un daimi istifadəçilərindən sayılır və tez-tez ailəsi ilə bağlı xoş xatirələri paylaşmağı sevir. Sənətçi əvvəllərdə bir neçə dəfə nəvələrinin şəklini sosial şəbəkədə paylaşıb.Mətanət İsgəndərlinin bir qızı, bir oğlu var. İsgəndərlinin qızı Ülkər anası ilə birgə tədbirlərdə tez-tez görünür.

mənbə :
anspress

Azerbaycanlı müğenni nevesinin fotosunu yaydı