İçeriğe geçmek için "Enter"a basın

Müsəlman ölkəsindən Zükerberqə zərbə

01-01-2016

23:55 xeber – Misir “facebook”un “Free Basics” pulsuz xidmətini bloklayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Misir, Hindistandan sonra belə bir addım atan ikinci ölkə olub.

Misirin bu addımı atmasına səbəb adı çəkilən “Free Basics” proqramı ölkə ərazisində qadağan edilən bəzi sosial şəbəkələrə giriş proqramı rolunu oynayırdı. Bağlanılan proqram vasitəsi ilə iki ay ərzində 3 milyon istifadəçi sosial şəbəkələrə giriş əldə edib ki, onlardan 1 milyon adam ilk dəfə çıxış əldə edənlər olub.

Məsələni şərh edən “facebook ” rəhbərliyi Misirin bu addımından məyus olduqlarını, bundan sonra bu proqramın misirlilər üçün əlçatmaz olacağını bildiriblər.

“Facebook” sosial şəbəkəsi 2004–cü ilin fevral ayında Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən yaranıb. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanıb.

Yeni “facebook” şəbəkəsinin durmadan sürətli inkişafı və onun məşhurluğu Markı universiteti tərk etməyə sövq edib və o, universiteti atıb. 2010-cu ilin oktyabrında Microsoft şirkəti “Facebook”un 1,6% səhmini 240 milyon dollara alıb.

“Facebook”un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb.

Sayt artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir.

“Facebook”yarananda ilk dəfə 20 nəfər qeydiyyatdan keçib ki, onlar “facebook”da ilk qeydiyyatdan keçənlər olaraq texnologiya tarixinə düşüblər.

Sosial şəbəkədə ilk qeydiyyatdan keçən onun qurucusu Mark Zükerberq, daha sonra isə onun otaq yoldaşları Dastin Moskovits və Kris Hyuz olublar.

mənbə :
anspress

Müselman ölkesinden Zükerberqe zerbe