İçeriğe geçmek için "Enter"a basın

Sabunçu-Zabrat yolunda həyəcan: qaz sızması yanğına səbəb oldu

29-12-2015


29.12.2015 / 22:46 xeber –

Bakının Sabunçu rayonunda qaz sızması qeydə alınıb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Yol kənarından sızan qaz qəfil alışıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar. Yanğın qısa müddətdə söndürülüb. Qaz sızması davam etdiyindən əraziyə "Azeriqaz"ın mütəxəssisləri cəlb olunub. Sabunçu-Zabrat yolunun bu hissəsində nəqliyyat bir hərəkət hissəsi üzrə qismən  məhdudlaşdırılıb. Qazın sızma mənbəyi müəyyən olunub.

 

Ərazidə işləyən "Azeriqaz"ın əməkdaşlarından verilən məlumata görə, qaz sızmasına qarşı ilkin qabaqlayıcı tədbirlər görülüb, təhlükə aradan qaldırılıb. Yol kənarında neft mədənləri yerləşdiyindən ərazi xüsusi nəzarətə götürülüb.

mənbə :
lent.az

Sabunçu-Zabrat yolunda heyecan: qaz sızması yanğına sebeb oldu