İçeriğe geçmek için "Enter"a basın

Dəmirtaşın Türkiyəyə böyük xəyanəti

29-12-2015

21:51 xeber – Xalqların Demokratik Partiyasının həmsədri Səlahəddin Dəmirtaş Moskva səfərindən sonra rusiyalı rəsmilərin qulağına pıçıldadığı muxtariyyət planını ortaya atıb.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edərkən hava limanında jurnalistlərə açıqlamasında bildirib.

Ərdoğan Dəmirtaşın “Türkiyənin cənub-şərqində Kürdüstan qurulacaq” sözlərinə münasibət bildirib: “Xalqların Demokratik Partiyasının həmsədrinin açıq bir şəkildə muxtariyyət bəyanatı xəyanətdir, təxribatdır. Türkiyə üzərindən əməliyyat həyata keçirmək istəyən hər bir kəs bunun cavabını alacaqdır”.

Ərdoğan həmçinin bildirib ki, artıq Dəmirtaş barəsində cinayət işi açılıb: “Bu xəyanətkar dəstə həm hüquqdan, həm də millətdən lazım olan cavabı alacaq”.

Səlahəddin Dəmirtaş bir neçə gün əvvəl Demokratik Cəmiyyət Konqresinin iclasında çıxışı zamanı Türkiyənin cənub-şərqində Kürdüstan muxtariyyətinin qurulacağını demişdi.

mənbə :
anspress

Demirtaşın Türkiyeye böyük xeyaneti