İçeriğe geçmek için "Enter"a basın

İki “VAZ" toqquşdu, yaralanan var

29-12-2015


29.12.2015 / 21:33 xeber –

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 19:00 radələrində Bakı-Qazax əsas magistral yolunun 199-cu kilometrliyində, Kürdəmir rayon ərazisində baş verib. Mingəçevir şəhər sakini 51 yaşlı Rəsulov Mühasib Hacı oğlunun idarə etdiyi “VAZ-21099” markalı minik maşını ilə, Kürdəmir rayon sakini  Qənbər Qənbərovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub. Nəticədə hər iki maşına xeyli ziyan dəyib, “VAZ-21099” markalı maşının sürücüsü M. Rəsulov xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır. 

mənbə :
lent.az

İki “VAZ" toqquşdu, yaralanan var