İçeriğe geçmek için "Enter"a basın

Türkiyə Dəmirtaş haqqında təhqiqata başladı

28-12-2015


28.12.2015 / 19:24 xeber –

Türkiyədə fəaliyyət göstərən Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş barəsində təhqiqat başlanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ankara prokurorluğunda aparılan araşdırma S. Dəmirtaşın kürdlərə muxtariyyət verilməsi ilə bağlı açıqlamalarla əlaqədardır.

 

Qeyd edək ki, bu gün Demokratik Toplum Konqresi Diyarbəkirdə toplantı keçirib. Konqresin bəyanatında Türkiyə hökumətindən Abdulla Öcalanın azadlığa buraxılması, kürdlərin sıx yaşadığı bölgələrə muxtariyyət verilməsi və s. məsələlər yer alıb.

 

mənbə :
lent.az

Türkiye Demirtaş haqqında tehqiqata başladı