İçeriğe geçmek için "Enter"a basın

Təhsil naziri işçilərini mükafatlandırdı

28-12-2015


28.12.2015 / 18:35 xeber –

Dekabrın 28-də Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə bir qrup təhsil işçisinin təltif olunması mərasimi keçirilib. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin məsul əməkdaşları, təhsil işçiləri iştirak edib.

Təhsil naziri Mikayıl Cabbarov təltif olunanları təbrik edib.

Tədbirdə nazir prezident İlham Əliyev tərəfindən ölkənin musiqi təhsili sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilən  Elmira Paşayevaya medalı təqdim edib.

Sonra  2015-ci ildə təhsilin inkişafı sahəsində xidmətlərinə, səmərəli fəaliyyət göstərərək yüksək nailiyyətlər əldə etdiklərinə, vəzifə funksiyalarının və verilən tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirdiklərinə, təşəbbüskarlıqları ilə fərqləndiklərinə, beynəlxalq fənn olimpiadalarındakı uğurlarına görə Təhsil Nazirliyinin bir qrup əməkdaşı, təhsil işçiləri  təhsil naziri tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.

 

Təltif olunan təhsil işçilərini təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

 

 

 

mənbə :
lent.az

Tehsil naziri işçilerini mükafatlandırdı