İçeriğe geçmek için "Enter"a basın

İtkin düşən neftçilərdən birinin meyiti tapıldı

27-12-2015


27.12.2015 / 12:54 xeber –

Meyit Xəzərin Türkmənistan sahilində aşkarlanıb

Dekabrın 4-də “Günəşli” yatağında baş verən yanğın zamanı itkin düşən neftçilərdən birinin meyiti bu gün Xəzərin Türkmənistan sahilində tapılıb. Lent.az xəbər verir ki, bu barədə virtualaz.org-a Bakının Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

 

Məlumatda o da bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyiti gətirmək üçün artıq Türkmənistana yollanıblar.

 

Xatırladaq ki, dekabrın 4-də güclü külək nəticəsində yüksəkgərginlikli sualtı qaz kəməri zədələnmiş və “Günəşli” yatağının 10-cu platformasında yanğın baş vermişdi. Faciədə ölənlərdən 23nün meyiti hələ tapılmayıb. Bundan başqa dekabrın 4-də Neft Daşlarında da 3 nefti güclü külək səbəbindən dənizə düşüb və itkin hesab edilir.

mənbə :
lent.az

İtkin düşen neftçilerden birinin meyiti tapıldı