İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda yol qırğını davam edir: 4 ölü, 19 yaralı

27-12-2015


27.12.2015 / 12:10 xeber –

Şənbə günü Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, dekabrın 26-da respublika yollarında ümumilikdə 9 yol qəzası baş verib. Nəticədə dünyasını dəyişən 4 nəfərdən başqa, daha 19 nəfər də yaralanıb.

 

Ən ağır qəza Göyçay rayonunda baş verib. Toy karvanındakı avtomobillərdən birinin qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılması 32 nəfərin ölümü ilə nəticələnib. Zaqatalada baş verən qəzada isə 1 nəfər dünyasını dəyişib.

 

Hər bir faktla bağlı araşdırma aparılır. 

mənbə :
lent.az

Azerbaycanda yol qırğını davam edir: 4 ölü, 19 yaralı