İçeriğe geçmek için "Enter"a basın

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi

27-12-2015


27.12.2015 / 11:12 xeber –

“Ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir”

Fövqaladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

 

Lent.az nazirliyin saytında yerləşdirilən müraciəti təqdim edir:

 

"Hər birimiz üçün sevimli olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

 

– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

 

– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

 

– ağac tezalışan oyuncaqla bəzədilməməli;

 

– qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

 

Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:

 

– şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

 

– şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

 

– pəncərədə dəmir barmaqlıq olmamalı;

 

– məkanın iki çıxışı olmalı;

 

– ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

 

– otağın qapıları mütləq bayıra açılmalı;

 

– məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

 

– şənlikdə işıq tam söndürülməməli;

 

– şənliyə tezalışan materialdan paltar geyinilməməli;

 

– məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

 

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!"

mənbə :
lent.az

Fövqelade Hallar Nazirliyi ehaliye müraciet etdi