İçeriğe geçmek için "Enter"a basın

Gürcüstan XİN rəhbəri postuna namizəd bəlli oldu

26-12-2015


26.12.2015 / 23:23 xeber –

"Mən baş nazir vəzifəsinə namizəd kimi, indiki mərhələdə Gürcüstan parlamentinə təsdiqlənməsi üçün hökumətin tərkibini dəyişməz olaraq təqdim edəcəm.  Xarici işlər naziri vəzifəsinə isə Mixail Janelidzenin namizədliyini təqdim edəcəm".   APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri bu gün baş nazir vəzifəsinə namizəd olan Giorgi Kvirikaşvili açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, əgər parlament ona etimad edib baş nazir vəzifəsinə təsdiq edərsə, onda o, baş nazir mövqeyindən çıxış edərək, hər bir nazirliyin və nazirin fəaliyyəti ilə dərin və hərtərəfli tanış olacaq.

 

G. Kvirikaşvili yaxın gələcəkdə hökumətin tərkibində dəyişikliklərin də olacağını bildirib.

mənbə :
lent.az

Gürcüstan XİN rehberi postuna namized belli oldu