İçeriğe geçmek için "Enter"a basın

Məşhur rejissor: "Yaxşı ki, mən onu filmə çəkmədim" (VİDEO, FOTO)

26-12-2015

16:05 xeber – Məşhur rejissor Kventin Tarantino “Mənfur səkkizlik” filmində ulduz aktrisa Cenifer Lourensi çəkmədiyi üçün sevindiyini deyib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu məsələdə onlar arasında qalmaqal, yaxud şəxsi münasibətlər zəminində hansısa neqativ hadisənin baş verib-vermədiyi barədə Tarantino özü danışıb.

“Mən Ceniferin pərəstişkarıyam. Mən onun çəkiliş meydanında necə rol oynadığının şəxsən şahidi olmuşam. Buna görə də mən onunla görüş təyin edib bu barədə söhbət etdim. Həmin ərəfədə Cenifer “Coy” filminə çəkilirdi, eyni zamanda “Ac oyunlar” filmi ilə əlaqədar də bəzi işləri vardı. Onun “Səkkizliyə” çəkilməyi üçün az da olsa ümid yox idi. Amma mən taleyin bu dönüşü ilə razıyam. Yaxşı ki, mən onu filmə çəkmədim”, – deyə rejissor bildirib.

“Mənfur səkkizlik” filminin treyleri

“Mənfur səkkizlik” filminin təqdimatı 7 dekabrda olub.


Cenifer Lourens – aktrisa

Bir müddət əvvəl Kventin Tarantino Los-Ancelesdəki Hollivud “Şöhrət xiyabanı”nda ulduz qazanıb. Rejissorun özü çox xoşbəxt olduğunu deyib. “Mən burada adımı yazdırdığım üçün çox xoşbəxtəm. Mən bu şəhərin bir hissəsiyəm”.


Kventin Tarantino – rejissor

52 yaşlı Kventin Tarantino iki dəfə – “Kriminal qiraət” və “Azad edilmiş Canqo” filmlərinə yazdığı ssenari ilə “Oskar” və “Qızıl qlobus” mükafatına layiq görülüb. “Kriminal qiraət” filmi həm də Kann festivalında “Qızıl palma budağı” qazanıb.

mənbə :
anspress

Meşhur rejissor: “Yaxşı ki, men onu filme çekmedim” (VİDEO, FOTO)