İçeriğe geçmek için "Enter"a basın

Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib

26-12-2015


26.12.2015 / 16:03 xeber –

Müsavat Partiyası Məclisinin Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən növbəti toplantısında  son dövrlərdə dünyasını dəyişən müsavatçılar və neft platformasında həlak olanların xatirəsi yad edildikdən sonra Müsavat Partiyasının başqanı Arif Hacılı ölkədəki  ictimai-siyasi vəziyyət və Müsavat Partiyasının vəzifələri mövzusunda məruzə ilə çıxış edib.

Məclisdə Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı 2015-ci il Parlament seçkiləri, bu seçkilərdə Müsavat Partiyasının fəaliyyəti barədə məlumat verib və seçki kampaniyası dövründə ayrı-ayrı namizədlərin və partiya strukturlarının gördüyü işlərdən danışıb.

Müsavat Partiyası başqanının müavini Elman Fəttah partiyanın 2016-cı il üçün fəaliyyət istiqamətləri ilə əlaqədar hazırlanan layihəni təqdim etdikdən sonra məclisdə Elm və təhsil komissiyasının sədri Dilşad Nağıyeva, Gender məsələləri komissiyasının sədri Könül Alıyeva, Analitik Mərkəzin sədri Mustafa Hacılı, Qarabağ komissiyasının üzvü Nazim Tapdıqoğlu çıxış edərək təmsil etdikləri komissiyanın fəaliyyəti və planları barədə məlumat verib.

 

Müsavat Partiyası başqanının müavini, vəkil Osman Kazımov Demokratik Rifah təşkilatının rəhbərliyinə daxil olan şəxslərin Müsavat Partiyasına qarşı qaldırdığı məhkəmə iddiası ilə bağlı gedən məhkəmə prosesi barədə məlumat verib.

 

Məclisin sessiyasında MNTK sədri Sevinc Hüseynova, Müsavat başqanının müavini Səxavət Soltanlı, Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov, Məclis üzvü Valeh Hümmətoğlu və başqaları çıxış edərək partiyada və ölkədə gedən proseslərə münasibət bildirərək öz təkliflərini səsləndiriblər.

 

Məclis Müsavat Partiyasının 2016-cı il üçün fəaliyyət istiqamətləri ilə əlaqədar sənədi müzakirə edərək, əsas kimi qəbul edib.

 

 

 

mənbə :
lent.az

Müsavat Partiyası Meclisinin növbeti toplantısı keçirilib