İçeriğe geçmek için "Enter"a basın

Dostu-qardaşı Rusiyaya zərbə vurdu - FOTO

26-12-2015

00:54 xeber – Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiyanın bu ölkədəki enerji sektoru layihələrinin uzun müddətliyinə dayandırılacağını bildirib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Atambayev ölkənin şimalında Narın çayı üzərində Rusgidro şirkəti tərəfindən 3 il əvvəl təməli qoyulan su elektrik stansiyasının (SES) inşaatına yeni bir sərmayəçi tapacaqlarına ümüd etdiyini və Rusiya şirkətinin maddi sıxıntılar səbəbindən fəliyyətini dayandırdığını açıqladı.

Prezident 2017-ci ildə hakimiyyət müddəti bitənə qədər Qırğızıstanda ən azından bir SES açmaq istədiyini və bunun üçün də əlindən gələni edəcəyini bildirdi.

Qərb ölkələrininUkraynadakı böhran səbəbindən Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində maddi sıxıntılar yaşadığı deyilən “Rusgidro” Anonim Şirkətinin İdarə Heyyətinin Rəhbəri Yevgeni Dod layihə üçün mənbə axtarışında olduqlarını bildirib.


Almazbek Atambayev Qırğızıstan prezidenti.

mənbə :
anspress

Dostu-qardaşı Rusiyaya zerbe vurdu – FOTO