İçeriğe geçmek için "Enter"a basın

Xarici kəşfiyyata işləyən 7 azərbaycanlı tutulub

25-12-2015

23:25 xeber – Azərbaycana qarşI kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə bu il dövlət sərhədində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və bir əcnəbi tutulub.

Azadlıq.az xəbər verir ki, ans tv-nin məlumatına görə, Dövlət Sərhəd Xidmətinin bu ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsi keçirilib.

2015-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən həm ölkə daxilində, həm də müştərək təlimlərin keçirilməsi nailiyyət kimi vurğulanıb. Cari ildə sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, 4 yeni gəmi alınıb.

Dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min artıq şəxs saxlanılıb. İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub.

2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq-dan çox narkotik vasitənin sərhəddən keçirilməsinin qarşısı alınıb.

Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən, həmçinin xaricdə münaqişə zonalarında döyüşmüş şəxslər aşkarlanıb.

Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri uğurla davam etdirilib. Sərhədçilərin mənzil şəraiti yaxşılaşdırılıb.

mənbə :
anspress

Xarici keşfiyyata işleyen 7 azerbaycanlı tutulub