İçeriğe geçmek için "Enter"a basın

Sarkisyan Qarabağ probleminin həllini istəyir

25-12-2015

11:20 xeber – “Ötən ildə Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmayıb”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Xarici İşlər Nazirliyində Yeni il münasibəti ilə təşkil edilən qəbulda bildirib.

Sarkisyan ölkəsinin Dağlıq Qarabağ probleminin həllində gələn il səylərin ikiqat artırmasının vacibliyini vurğulayıb.


Ermənistan prezidenti Serj Sarkisyan tədbirdə çıxış edərkən

Ümumilikdə isə bu il cəbhə xəttində gərginliklərlə yadda qaldı. Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 20 –də yaydığı məlumatda bildirilir ki, qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.

Baş verən gərginlik fonunda Azərbaycan və Ermənistan prezidentlərinin İsveçrənin Bern şəhərində görüşü təşkil edildi.

Görüş ATƏT-in Minsk Qrupunun təşəbüsü ilə təşkil olunmuşdu. Keçirilən görüşünün yekununa dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda bildirilir ki, prezidentlər nizamlama danışıqlaranın davam etdirilməsinə hazır olduqlarını təsdiq ediblər. Onlar həmçinin Minsk qrupu formatına sadiqliklərinini davam etdirəcəklərini bildiriblər.

Prezidentlər bu yaxınlardakı gərginliyin artmasını müzakirə ediblər və ağır texnikanın işlədilməsi ilə qurbanların, xüsusilə də mülki şəxslər arasında qurbanların olması barədə narahatlıq bildiriblər.


Ermənistan və Azərbaycanın prezidentlərinin görüşü

mənbə :
anspress

Sarkisyan Qarabağ probleminin hellini isteyir