İçeriğe geçmek için "Enter"a basın

Vəkil: Zorlamada təqsirləndirilən şəxslər azadlığa buraxılmayıb

25-12-2015


25.12.2015 / 11:12 xeber –

Zorlamada təqsirləndirilən 4 nəfərin azadlığa buraxılmsı ilə bağlı yayılmış xəbərlərdə anlaşılmazlığa yol verildiyi məlum olub. Həmin şəxslərin vəkili Gülşən Salmanova Lent.az-a açıqlamasında bildirib ki, onların azadlığa buraxılması ilə bağlı verdiyi məlumatda qeyri-dəqiqlik var. Belə ki, həmin şəxslər barəsində bəraət hökmü yalnız 1 maddə (150-ci maddə) üzrə verilib və digər maddələr üzrə birinci instansiya məhkəməsinin verdiyi qərar qüvvədə saxlanılıb. Beləliklə, apelyasiya məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin cəza müddəti bir qədər azalmış olub.

 

Qeyd edək ki, Baş Prokurorluq Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən protest verib. Prokurorluqdan Lent.az-a verilən məlumata görə, yetkinlik yaşına çatmayan 4 nəfər Abşeron rayon sakininin Cinayət Məcəlləsinin 150 (seksual xarakterli zorakılıq hərəkətləri) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir şəxs 6 il 6 ay, digərlərinin hər biri isə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

 

Müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2015-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Cinayət Məcəlləsinin 150-ci maddəsinə dair hissəsi ləğv edilərək həmin hissədə təqsirləndirilən şəxslərə bəraət verilib. Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə bir məhkumun üzərində 5 il 6 ay, digərlərinin üzərlərində isə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

 

 

Baş Prokurorluq hökmdən Ali Məhkəməyə kassasiya protesti verib.

mənbə :
lent.az

Vekil: Zorlamada teqsirlendirilen şexsler azadlığa buraxılmayıb