İçeriğe geçmek için "Enter"a basın

“Günəşli”də yanğının söndürülməsi və itkin düşənlərin axtarışı davam edir

25-12-2015


25.12.2015 / 10:25 xeber –

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” yanğınsöndürmə gəmisi özüldəki yanğının söndürülməsi, Aviasiya dəstəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarışını davam etdirir.

mənbə :
lent.az

“Güneşli”de yanğının söndürülmesi ve itkin düşenlerin axtarışı davam edir