İçeriğe geçmek için "Enter"a basın

BMT Bakıda mötəbər tədbir keçirəcək

25-12-2015


25.12.2015 / 07:43 xeber –

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilməsinə dair 2015-ci il oktyabrın 24-də London şəhərində imzalanmış sazişin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın prezidentin saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə bu sərəncamda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, XİN-ə isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin  Sivilizasiyalar Alyansına bildiriş göndərmək tapşırılıb.

mənbə :
lent.az

BMT Bakıda möteber tedbir keçirecek