İçeriğe geçmek için "Enter"a basın

Hollandiyadan Türkiyəyə zərbə

25-12-2015

06:35 xeber – Hollandiyanın anamüxalifətçi Xristian Demokrat Partiyası (CDA) Türkiyədə PKK terror qruplasşmasına qarşı keçirilən hərbi əməliyyatları parlamentdə müzakirəyə çıxarıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, CDA millət vəkili Piter Omtziqt bu əməliyyatlar səbəbindən Avropa İttifaqından (Aİ) Türkiyəyə göstərilən maddi yardımın dayandırılmasını təklif edib.

Omtziqtin təklifi parlamentdəki 7 partiya tərəfindən dəstəklənib. Həmçinin Liberal Sağ Partiya (VVD), Fəhlə Partiyası (PvdA) və Azadlıq Partiyası (PVV) Türkiyənin Aİ-yə üzvlüyü müzakirələri çərçivəsində islahatlar üçün aldığı yardımların təyinatına uyğun xərclənmədiyini iddia ediblər.

Parlamentin əksəriyyəti tərəfindən dəstəklənən təklif Xarici İşlər Nazirliyi və Aİ komissiyası tərəfindən də qəbul edilib. Həmçinin Hollandiya hökuməti parlamentdən Aİ nəzdində məsələ qaldırmasını da tələb edib.

Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerininin sözçüsü isə terror təşkilatına qarşı əməliyyatların dayandırılması üçün Türkiyəyə müraciət edib. Aİ nümayəndəsi “sülh prosesi”nin yenidən başladılması təşəbbüsünə də dəstək verəcəklərini açıqlayıb.

mənbə :
anspress

Hollandiyadan Türkiyeye zerbe