İçeriğe geçmek için "Enter"a basın

Yaponiyada daha iki AES salınacaq

25-12-2015

04:52 xeber – Yaponiya məhkəməsi daha iki Atom Elektrik Stansiyasınının (AES) işə salınması üçün qərar qəbul edib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Takahama şəhərində Kansay Elektrik şirkəti tərəfindən idarə olunan reaktorların gələn ay işə salınacağı gözlənilir.

Hazırda ölkənin nüvə enerjisi imkanlarının cəmi 5 faizi istifadə olunur. 2011-ci ildə baş vermiş zəlzələ və tsunami fəlakəti nəticəsində AES-lərin əksəriyyəti fəaliyyətini dayandırmışdı. Kansay Elektrik şirkəti rəhbərliyi bildirib ki, məhkəmənin qərarı AES-in təhlükəsizlik standartlarına cavab verdiyini göstərir. Reaktorların işə salınmasına qarşı etirazlar da gözlənilir.

mənbə :
anspress

Yaponiyada daha iki AES salınacaq