İçeriğe geçmek için "Enter"a basın

Rumıniyada Kanalizasiya xətlərində yaşayanlar

25-12-2015

04:39 xeber – Rumıniyada narkotik aslılığından əziyyət çəkən yüz nəfərdən çox qadın və kişi yerin altında kanalizasiya xəttində yaşayır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, kommunizm dövründə əqli problemli uşaqların məskəni olan kanalizasiya xəttləri indi isə narkotikdən asılı vəziyyətə düşmüş gənclərin yataqxanasına çevrilib. Onlar, qalmağa yerləri olmadığı üçün məhz kanalizasiya xətlərini otaq vəziyyətinə gətirərək özləri üçün sığınacağa çeviriblər. Rumıniyada narkotik asılılığından əziyyət çəkən gənclərin sayı həddindən artıq çoxdur.


Narkotik aslılığından əziyyət çəkənlər

Narkotik asılılığı kommunizm rejimi zamanı, uşaq evlərinə atılan körpələrin yetkinlik yaşına çatan gənclər arasında daha çox yayıldığı bildirilir.


Narkotik asılılığından əziyyət çəkənlər

Dünya üzrə narkotik asılılığından əziyyət çəkənlər haqqında 2014-cü il üçün hazırlanan statistikaya əsasən dünyada 246 milyon insan, 15-64 yaş arası hər 20 nəfərdən biri geridə qoyduğumuz ildə ən az bir dəfə də olsa narkotik vasitələrindən istifadə edib. Bu rəqəmə görə istifadə nisbəti bir əvvəlki ilə görə, 3 milyon insan artım olduğu bildirilir.


kommunizm rejimi zamanı, uşaq evlərinə atılan körpələr


Kanalizasiya xətlərində yaşayan gənclər


kommunizm rejimi zamanı, uşaq evlərinə atılan körpələr

mənbə :
anspress

Rumıniyada Kanalizasiya xetlerinde yaşayanlar