İçeriğe geçmek için "Enter"a basın

Rus polisi kətillə döyən azərbaycanlı

24-12-2015

23:45 xeber – Rusiyanın Voronej şəhərində orta yaşlı kişi kətillə polis əməkdaşını döydüyü üçün 15 min rubl (335 manat) cərimələnib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, cərimələnən şəxs 34 yaşlı azərbaycanlıdır. O, hökümət nümayəndəsinə qarşı zorakılıq tətbiq etdiyi üçün təqsirli bilinib. Bu gün onun haqqında hökm oxunub və o, 15 min rubl (335 min AZN) həcmində cərimələnib. Hökm oxunana qədər həmyerlimiz istintaq təcridxanasında saxlanılıb. Bundan sonra onun deportasiya olunacağı deyilir.

Hadisə bir müddət öncə Voronej vilayətinin Staraya Veduqa Semiluks rayonunun xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində qeydə alınıb.

Azərbaycanlı iki qardaş məhkəmənin qərarı ilə ölkədən çıxarılacağını bildiyi üçün insanları narahat edəcək dərəcədə səs-küy salıblar. Bunu görən müvəqqəti saxlanma mərkəzində növbə çəkən polis əməkdaşı azərbaycanlılardan etdikləri hərəkətləri dayandırmağı tələb edib. Polisin danlağından əsəbləşən həmyerlimiz cavab olaraq metal stulu götürərək, polis əməkdaşının üz və bədən nahiyəsinə bir neçə dəfə zərbələr endirib.

Bundan sonra 34 yaşlı azərbaycanlı kişi saxlanılaraq istintaqa cəlb edilib. Azərbaycan vətəndaşına törətdiyi əmələ görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci bəndi “vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat üçün təhlükəli olan zorakılıq tətbiq etmək” maddəsi ilə cinayət işi açılıb.

Həmyerlimiz bu əməlinə görə istintaq təcridxanasında məhkəmənin sonunu gözləməli olacaq. Çünki o, yalnız cəza çəkdikdən sonra deportasiya oluna bilər.

Voronej, Staraya Veduqa – Semiluks rayonu

Son vaxtlar Varonijdə azərbaycanlılarla bağlı bu kimi hallar çox yaşanır. Dekabrın 10-da burada bir azərbaycanlı avtoritet güllələnib. 37 yaşlı avtoriteti qətlə yetirən şəxs Voronejdə “Лесная сказка” (“Meşə nağılı”) adlı kafenin önündə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, avtoriteti onun 32 yaşlı həmyerlisi – Xanlar adlı şəxs öldürüb. Hazırda bununla bağlı istintaq işləri aparılır, şahidlər dindirilir.

mənbə :
anspress

Rus polisi ketille döyen azerbaycanlı