İçeriğe geçmek için "Enter"a basın

“Neftçi”nin baş məşqçisi bəlli oldu

24-12-2015


24.12.2015 / 00:19 xeber –

“Neftçi”nin baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Apasport.az –ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün toplanan Müşahidə Şurasının qərarına əsasən hazırkı çalışdırıcı Əsgər Abdullayev işini davam etdirəcək.

 

Qeyd edək ki, təcrübəli mütəxəssisə Samir Əliyevin istefasından sonra ilk yarının sonuna qədər komandanı çalışdırmaq həvalə olunmuşdu.

 

Müşahidə Şurası əlavə olaraq klubun maddi xərclərinin mövcud iqtisadi duruma uyğun olaraq optimallaşdırılmasına da qərar verib. Bu barədə İcraçı direktor Elnur Məmmədova müvafiq tapşırıq verilib.

mənbə :
lent.az

“Neftçi”nin baş meşqçisi belli oldu