İçeriğe geçmek için "Enter"a basın

Moskvaya nüvə zərbəsi planı

23-12-2015

23:48 xeber – Amerikada dərc olunan “The New York Times” qəzeti içərisində Moskva və Sankt-Peterburq da olmaqla keçmiş SSRİ-yə, Şərqi Avrapaya və Çinə kütləvi nüvə zərbələri planını açıqlayıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, üzərində “tam məxfi” işarəsi qoyulmuş 800 səhifəlik sənəddə 1959-cu ildə SSRİ ilə gözlənilən nüvə müharibəsi çərçivəsində ABŞ-ın əsas düşməninin – sosialist blokunun potensial hədəfləri təsvir edilib. Sənəd ABŞ-ın milli arxivlər və sənədləşmə idarəsində saxlanılıb.


ABŞ-da atom bombasının sınağı – aprel, 1954

“Sistematik məhv” siyahısı üzrə Moskvada 179, Leninqradda (Sankt-Peterburqda) 145, Şərqi Almaniyada 91 nöqtəyə atom bombası atılması nəzərdə tutulurdu. Siyahıya həm sənaye obyektləri, həm hökumət binaları, həm də sadəcə insanların yaşaydığı və üzərinə «əhali» yazılmış hədəflər daxil idi.

Sənəd 1956-cı ildə ABŞ aviasiya komandanlığı tərəfindən hazırlanıb. Həmçinin, tövsiyyə edilib ki, zərbələr yalnız müharibənin başlamasından 3 sonra vurula bilər.

“The New York Times” qeyd edir ki, hədəflər müfəssəl təsvir olunmasa da, onlar müvafiq yerə uyğun gələn kod nömrələri ilə göstərilir. Onların dəqiq ünvanı və həmin vaxtdakı adı xüsusi «Bomba enkslopediyası»nda təsvir edilib. Həmin sənəd hələ açılmayıb.

Nəşr qeyd edir ki, 1956-cı ildə ABŞ-ın nüvə arsenalı Sovet İttifaqınınkından 10 dəfə yüksək olub.

“Dəhşətlidir ki, insanların gür yaşadığı ərazilər məhz hədəf kimi seçilibmiş”,- deyə Corc Vaşinqton Universitetinin əməkdaşı, «National Security Archive» (NSA) təşkilatının aparıcı analitiki Uilyamm Bur bildirib. Onun sözlərinə görə, bu, hərbi-hava qüvvələri tərəfindən açıqlanan ilk bu cür sənəddir.

mənbə :
anspress

Moskvaya nüve zerbesi planı