İçeriğe geçmek için "Enter"a basın

Rekordlar kitabına düşən futbolçuya fantastik təklif

23-12-2015

22:04 xeber – İngiltərənin “Mançester Yunayted” klubu Polşa millisinin üzvü Robert Levandovskinin transfer etmək istəyir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu transferdən ötəri “qırmızı şeytanlar” hətta fantastik məbləğ ödəməyə hazırdır.

Klub bu məqsədlə “Bavariya” rəsmiləri ilə ilkin danışıqlar aparıb. Bu barədə İngiltərə mətbutatı yazıb. Hazırda əla formada olan Levandovskinin xidmətində Madridin “Real” klubu da maraqlıdı. Yaxın günlərdə tərəflər arasında danışıqlara start veriləcək. Məhz bundan sonra polşalı futbolçunun gələcək karyerasını harada davam etdirəcəyi bəlli olacaq.


Robert Levandovski – “Bavariya” klubunun hücumçusu

27 yaşlı Robert Levandovski 2014-cü ildən etibarən “Bavariya” klubunda çıxış edir. O, “Bavariya”ya Dortmundun “Borussiya” klubundan transfer olunub. “Bavariya”da keçirdiyi 38 oyunda ümumilikdə 33 qol vurub. Polşalı hücumçu Bundesliqanın 6-cı turu çərçivəsində “Volfsburq”la oyunda 1-ci hissədən sonra meydana çıxıb və o cəmi 9 dəqiqəyə 5 qol vurub. Bu nəticəyə görə Levandovski Ginnesin Rekordlar kitabına ən tez het-trik (3 qol), poker (4 qol) və pentratik (5 qol) edən futbolçu kimi düşüb. O həm də əvəzetmədən sonra bir oyunda 5 qol vuran futbolçu kimi də kitaba daxil olub.

mənbə :
anspress

Rekordlar kitabına düşen futbolçuya fantastik teklif