İçeriğe geçmek için "Enter"a basın

Ermənilərin həbs etdiyi azərbaycanlı buraxıldı - FOTO

23-12-2015

21:29 xeber – Ermənistan-Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham edilən milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Mikayılov barəsində 5 ay azadlıqdan məhrum etmə cəzası başa çatdığından o azad edilib.

Turqay Mikayılov iyulun 23-də piyada Gürcüstanla sərhəddə yerləşən Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə keçib. Həmin vaxt 35 yaşlı Turqay Mikayılov içkili vəziyyətdə olduğunu bildirib. Dekabrın 23-də Lori məhkəməsi onun barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarıb.


Gürcüstan-Ermənistan sərhədi

Mikayılovun 5 ay həbs müddəti başa çatdığından məhkəmə zalından azadlığa buraxılıb. Mikayılovun vəkilinin xahişi ilə iclas bağlı qapılar arxasında keçib.

mənbə :
anspress

Ermenilerin hebs etdiyi azerbaycanlı buraxıldı – FOTO