21:29 xeber – Ermənistan-Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham edilən milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşı Turqay Mikayılov azadlığa buraxılıb.
Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Mikayılov barəsində 5 ay azadlıqdan məhrum etmə cəzası başa çatdığından o azad edilib.
Turqay Mikayılov iyulun 23-də piyada Gürcüstanla sərhəddə yerləşən Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə keçib. Həmin vaxt 35 yaşlı Turqay Mikayılov içkili vəziyyətdə olduğunu bildirib. Dekabrın 23-də Lori məhkəməsi onun barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarıb.
Gürcüstan-Ermənistan sərhədi
Mikayılovun 5 ay həbs müddəti başa çatdığından məhkəmə zalından azadlığa buraxılıb. Mikayılovun vəkilinin xahişi ilə iclas bağlı qapılar arxasında keçib.
mənbə :
anspress